Bəhram Bilaloğlu - Ən yaxşı həyat nədir

Ədəbiyyat 18:14 / 29.08.2026 Baxış sayı: 2162

Ən yaxşı həyat nədir,

Sualını versələr?!

Şərt qoyaram cavabla,

Ataram bəxtə-bəxt zər.

Zəhmətlə cütləyərəm,

Atdığım hər ayağı.

Gətirərəm duama,

Ruha olar dayağı.

Vətənin bu başından

Başlayaram, sayaram.

Dəli Kür qırağından

Daşlayaram, soyaram.

Təbiətin zahiri,

Haqqını heç danmayın.

Xisləti xarabların

Alovunda yanmayın.