Rafail Inceyurd Ismayilov - Hələ də
Ədəbiyyat
20:38 / 29.08.2026
Baxış sayı: 653
Bir aydı bir küncə qısılıb qələm
Getmir bircə kəlmə söz ünə tərəf.
Gözünün ucuyla baxmır hələ də
Qəddinə yığılan sözünə tərəf.
Ah! Necə yaşadım onlardan sonra?
Hələ də yaşadır bu zalım səhra.
Yüzündən birinə seyrələn sıra
Sızlayır birindən yüzünə tərəf.
Ahıllar qurşandı “ah”a, İncəyurd,
Cavanlar sığındı “gah”a, İncəyurd?
...Dartına bilmirlər daha, İncəyurd,
Bu “düzəm”- deyənlər düzünə tərəf.
Avqust 2026