Əlizadə Nuri - Bəlkə
Ədəbiyyat
17:59 / 29.08.2026
Baxış sayı: 787
Dənizə baxanda düşünürsən ki-
torpağın üstünə suyu kim sərib?
Dağların başında düşünürsən ki,
bəlkə də güllərin davası düşüb-
lalələr hamısı qan içindədi?!
Yağışı dinləyib elə bilirsən
elə bil girmisən nəğmə dərsinə...
Baxıb göy üzünə duyğulanırsan-
bəlkə günəş
göyə çəkilmiş portağal rəsmidir?
..Bir gülə baxanda düşünürsən ki,
bəlkə bu gül təbəssümdü
düşüb bir gözəlin dodaqlarından?!