Adil Şirin - Ayrılıqlar nəsibim.
Ədəbiyyat
11:55 / 29.08.2026
Baxış sayı: 976
* * *
Mən könlü yaralıyam,
Dağlardan aralıyam.
Bir baxtı qaralıyam,
Ayrılıqlar nəsibim.
Soldu çöl çiçəkləri,
Qurudu ləçəkləri.
Unutdum gerçəkləri,
Ayrılıqlar nəsibim.
Buludlara qoşuldum,
Qürbətlərə tuş oldum.
Qafası sərxoş oldum,
Ayrılıqlar nəsibim.