Günay Əfəndiyeva: “Xarabalığa çevrilmiş şəhər və kəndlərimizi, tarixi-mədəni irsimizə vurulmuş ziyanı gözlərimizlə görmüşük”
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva bildirib.
Azərbaycan artıq 6 ildir ki,Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad etdiyi, beynəlxalq hüququn norma və prinsipləri əsasında tanınan ərazisində yaradır, bərpa edir, gələcəyi formalaşdırır,sakinlərimiz “Böyük Qayıdış” proqramı çərçivəsində öz doğma yurdlarına qayıdırlar.
Qarabağ torpaqlarında aparılan iri miqyaslı işlər dövlətimiz tərəfindən mütəmadi şəkildə dünya ictimaiyyətinə təqdim olunur. Azərbaycanın ev sahibliyi etdiyi müxtəlif beynəlxalq səviyyəli tədbirlərzamanı, xarici ölkələrin dövlət rəsmiləri, media təmsilçiləri, digər qonaqlar Qarabağı ziyarət edirlər.
Mən özüm də II Qarabağ müharibəsindən sonra beynəlxalq təşkilatın rəhbəri kimi, ölkəmizdəakkreditə olunmuş səfir və diplomatik korpusun təmsilçiləri ilə birlikdə Qarabağda dəfələrlə olmuşam.
30 illik işğalın ağır nəticələrini, xarabalığa çevrilmiş şəhər və kəndlərimizi, tarixi-mədəni irsimizə vurulmuş ziyanı gözlərimizlə görmüşük.
Bu illər ərzində Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin azad olunmuş torpaqlarımızamüntəzəm səfərləridövlətimizin Qarabağda addım-addım həyata keçirdiyi quruculuq siyasətinin əyani şəkildə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Qarabağa və Şərqi Zəngəzura yenidən səfər edən heyət Azərbaycanın öz keşmişinə, çoxəsrlik irsinə yanaşmasının, dağıdılmış ərazilərimizinabadalaşdırılmasının, abidələrimizin bərpasının, yeni infrastrukturun inşasının şahidi olurlar.
Ermənistanda sülh istəməyən qüvvələrsəfərə qarşı artıq köhnəlmiş iddialarla çıxış edirlər. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın tam suveren ərazisidir. Bu baxımdan, ölkəmizdə xarici diplomatik nümayəndələrin hərəkətini Ermənistanın daxili siyasi gündəliyinin bir hissəsinə çevirməsi cəhdləri qəbuledilməzdir.
Tarixi Gəncəsər və Xudavəngmonastlarındakıermənilərin “qədim kitabları” kimi saxtlaşdırmaq olmaz. Bilirsiniz, tarix yalan deyil və onu təsdiq edən çoxsaylı sübutlar, faktlar var. Nəinki Azərbaycanın, elə ermənilərin öz mənbələrində kifayət qədər sübutlar var.
Gəncəsər və Xudavəngabidələri Azərbaycanın ərazisində əsrlərlə mövcud olmuş Qafqaz Albaniyasının tarixi-mədəni irsidir.
Dediyim kimi, Ermənistanın ziddiyyətli yanaşmaları və addımları bölgədə formalaşan sülh mühitinə də mənfi təsir göstərir. Regionun gələcəyi əsassız ittihamlarla deyil, beynəlxalq hüquqla, suverenliyə, ərazi bütövlüyünə hörmət prinsipləri ilə qurulmalıdır.