Ağaevli Əli Hacı - Hər günümdə nida,sual
Ədəbiyyat
09:50 / 17.09.2026
Baxış sayı: 692
Hər günümdə nida,sual
Nida canda,sual yolda !
Dil ağızda söz sulayır,
Vaxt ömürü yola-yolda !
Vergül kimi olmaq asan,
Ötür-ötürdə böyüyür !
Nöqtələrin qapısını,
Bitən fikrin daşı döyür !
Rəngbə-rəngdir işarələr,
Hər sözdə öz libası var !
Hər yazının arxasında,
Ayrı-ayrı havası var !