Fərhad Tapdıqoğlu  -  Qalın

YAZARLAR 09:32 / 17.09.2026 Baxış sayı: 676

Düşüncələr

 

Bağ evində qalın divarlı, hündür hasarlı imarəti olan ,həmişə qalın yorğan döşəkdə yatan ,evində heç vaxt üzünü açıb oxumadığı ,toz basmış çoxlu qalın-qalın kitabları olan ,yazda,yayda da qalın geyinən ,qalın bığ saxlayan ,cibləri qalın ,"gönü qalın",özü qalın bir məmur bahalı maşınını işə salıb , cibləri qalın bir məmurun gözəl,əlçatmaz qiymətləri olan məkanına istirahətə gedərkən ,istidə qan-tər içində işləyənlərə baxıb,öz-özünə pıçıldadı:

--Sağ olun,sağlam qalın.Siz işdə qalın.

=

Vətəndaş

Vətənin daşı...

Nə gözəl səslənir!

Biz daşıq!

Bizi parçalamaq da,xırdalamaq da,əzmək də,hətta üyütmək də olar...

Çünki biz vətəndaşıq ,Vətənimizin daşıyıq...

Daşdan səs çıxar,bizdən çıxmaz...

Ay daş ürəklilıər,biz Vətənimizin daşlarıyıq,daşları!

Çünki biz vətəndaşlarıq!