Sərraf Talıbın 70 illik yubileyi və "Ədəbi varislik zənciri

MƏDƏNİYYƏT 17:31 / 12.09.2026 Baxış sayı: 513

Bu gün -12 sentyabr 2026-cı il tarixdə AYB Lənkəran Bölməsində şair, tərcüməçi Sərraf Talıbın 70 illik yubileyi və "Ədəbi varislik zənciri:Lənkəran ədəbi mühiti Azərbaycan ədəbiyyatı müstəvisində" adlı yeni kitabının - elmi və elmi- publisistik məqalələr toplusunun təqdimatı keçirildi.

Tədbirdə bölgə yazarları, elm xadimləri,ziyalılar iştirak etdilər.

Tədbiri giriş sözü ilə AYB Lənkəran Bölməsinin sədri, yazıçı, dramaturq Qafar Cəfərli açaraq yubilyarın şəxsiyyətini,həyat və yaradıcılığını xarakterizə edən xüsusiyyətlər, həmćinin onun şair və tərcüməći,həmćinin geniş publisistik və çalışdığı AMEA Lənkəran Regional Elmi Mərkəzinin Şöbə müdiri kimi elmi fəaliyyəti barədə qısa məlumat verdi. Sonra yubilyarı təbrik edərək AYB Lənkəran Bölməsinin Fəxri Fərmanını ona təqdim etdi.

AMEA Lənkəran Regional Elm Mərkəzinin direktor vəzifələrini icra edən Cəmil Quliyev çıxış edərək Sərraf Talıbın geniş elmi tədqiqat işləri apardığını və bu sahədə müəyyən uğurlar qazandığını xüsusilə qeyd etdi, AMEA-nın Fəxri Fərmanını ona təqdim etdi.

S.Talıbın həyat və yaradıcılığı barədə Bölmənin ədəbi məsləhətçisi,şair Ağamir Cavad məruzə etdi.

Tədbirdə filologiya elmləri doktoru, professor Yədulla Ağazadə,təqdim olunan kitabın elmi redaktoru və ön sözün müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent Esmira İsmayılova, yazıçı və şairlər İltifat Əhmədov, Hafiz Mirzə, Xudaverdi Cavad, Qardaşxan Fərzi,Ofelya Nəzərova, Əfsanə Sultan, Şəmsəddin Canıyev, Əhməd Haqsevər, Bəxtiyar Hüseynov,Hidayət Ölməz,Kamil Cabbarov,Sehran Yədullaoğlü,Əyyub Türkay,Əvəz Hünərli, Aqşin Fateh,Hacı Qərib,Ziya Dilsuz çıxış edərək yubilyarla və kitabla bağlı fikir və düşüncələrini bölüşdülər. Yubilyara həsr olunan şeirlər səsləndirildi, hədiyyələr təqdim olundu.

Tədbirdə Sərraf Talıb çıxış edərək bu gözəl və məzmunlu tədbirin təşkilinə görə Bölmə sədrinə, iştiraka görə isə hər kəsə minnətdarlığını bildirdi.

Tədbiri Qafar Cəfərli yekun sözü ilə bitirdi.

Sonda xatirə şəkilləri çəkildi.