Şakir  Xanhüseyinli - ÜZÜ GÜLƏN şeir

Ədəbiyyat 10:00 / 17.09.2026 Baxış sayı: 655

 

Süfrəyə uzananda

əlimin üzü gülür,

üzü gülür bir yoxuş sonunda dizlərimin...

Tərini siləndə

sanki qırışığı açılır,

üzümün

üzü gülür...

Bəzən bir ayaq səsinə

yolların üzü gülür,

bir gül hənirinə çöllərin...

Ya bir üz güləndə min üz gülmürmü,

görüb bir quş dimdiyində

dən, üz gülmürmü?..

Avqust 2022