Fərqanə Mehdiyevanın xatirə gecəsi keçirilib - FOTOLAR

MƏDƏNİYYƏT 21:29 / 20.02.2024 Baxış sayı: 3865

Salyan rayon Mərkəzi Kitabxanada Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü "Ulduz" jurnalının poeziya şöbəsinin rəhbəri, Prezident təqaüdçüsü olmuş Fərqanə Mehdiyevanın 60 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə" keçirilib.

Tədbir Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Azərbaycan Yazıçılar Birliyi, Salyan rayon Mədəniyyət Mərkəzi və Fərqanə Ədəbi Məclisinin təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Salyan RİH-nin nümayəndəsi, rayon ziyalıları, rayon yazıçıları, Salyan Dövlət Kukla Teatrının kollektivi, şairin yaxın dostları, qohumları iştirak  ediblər. 

Tədbiri Yazıçılar Birliyinin üzvü  Nəbi İbrahimov şairə Fərqanə Mehdiyeva haqqında məlumat verərək açıq elan edib.

Tədbirdə Fərqanə Ədəbi Məclisinin sədri Qabil Ədalət, Prezident mükafatçısı, Fərqanə xanımın ən yaxın 40 illik rəfiqəsi AYB üzvü, şair Aləmzar Sadıq qızı, AYB üzvü, Aybəniz Qafarlı, Xatirə Fərəcli, Tarix üzrə fəlsəfə doktoru Fərqanə xanımın 30 illik rəfiqəsi şair Arzu Nehrəmli, Fərqanə xanımın ailə dostu şair Faiq Balabəyli və Fərqanə xanımın oğlu Ülfət Əliyev çıxış edərək Fərqanə xanım haqqında öz xatirələrini bölüşüblər. 

Tədbirdə həmçinin Qələbə qəzetinin əməkdaşı Əzizağa Məmmədli, təqaüdçü mədəniyyət işçisi Lətif Zərbəliyev, şair Zabil Pərviz, Salyan rayon RİH nümayəndəsi Məhərrəm Məmmədov çıxış ediblər. 

Daha sonra Salyan Dövlət Kukla Teatrının aktrisaları, Mədəniyyət Mərkəzinin 4 saylı şəhər klubunun əməkdaşı Leyla Babayeva, Salyan rayon Mədəniyyət Mərkəzinin Kərimbəyli kənd klubunun əməkdaşı Elmira Cəbrayılova şairin şeirlərini səsləndirib. Sonda mədəniyyət Mərkəzinin əməkdaşları öz ifaları ilə ədəbi gecəni sonlandırıb.
Tədbirin sonunda Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Səidə Əliyeva tədbir iştirakçılarına təşəkkürlərini bildirib.