Fərhad Tapdıqoğlu - Xeyir əməllər daşıyıcısı olaq," keçdi,gecdi" deməyək.
 

YAZARLAR 09:39 / 14.08.2026 Baxış sayı: 838

Düşüncələr

Doğulmaq---ölmək

Olum---ölüm

İlk nəfəs---son nəfəs

İlk qışqırıq---son sükut

Start---finiş

Fani dünyaya gəliş---əbədi dünyaya gediş

Ovcu bağlı( dünya mənimdir)---ovcu açıq ( bax,heç nə aparmıram)

Gəldi---getdi.

Xeyir əməllər daşıyıcısı olaq,"keçdi,gecdi" deməyək.

İnsandan yaxşı əməl,yaxşı ad qalır.

=

Doğum evi...körpələr evi...uşaq evi...mədəniyyət evi...şadlıq evi...yaşayış evi...evlər...evlər...nəhayət sonumuz qəbir evi.

=

Ana bətni...

Ana ağuşundan ...ana torpaq ağuşuna gedən yol...

=

Vətəndaş...yurddaş...yoldaş...sirdaş...qardaş...daş...daş...daş...

Son: məzarımız üstündə bir daş...