Adil Şirin - Nədən dəli-divanəyəm
Ədəbiyyat
12:13 / 12.07.2026
Baxış sayı: 364
Nədən dəli-divanəyəm,
Məndən bədbəxt adam hanı?
Dünya gözəldir deyərdim bu gün,
Görməsəydim
Gözlərindəki yalanı...
* * *
Göy üzündə quşlar uçur,
Ayrılıqlar qanad açır.
Ötüb keçən ömür-gün,
Qeyb olur buludlarda...
Hardasan, mənim könlüm,
Hardayam, bəs mən harda?..