Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

Gündəm 10:59 / 29.06.2026 Baxış sayı: 429

Bu gün Xalq şairi Süleyman Rüstəmin  oğlu, filologiya elmləri namizədi, Azad Rüstəmzadə 80 yaşında vəfat edib.

Yenises. az xəbər verir ki, o, ailənin yeganə övladı idi.

A.Rüstəmzadə 1946-cı ildə doğulmuşdu. 1968-ci ildə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Uzun müddət Azərbaycan Elmlər Akademiyasında çalışıb. 1989–2009-cu illərdə Milli Məclisdə beynəlxalq şöbədə baş məsləhətçi işləyib. Ailəlidir, iki övladı var.(Yeni Sabah)z