Ələddin Əzimli -= DAMLALAR
Qayadan sürüşən daşlar içində,
Sükur əriyirdi hey damla-damla.
Nəyin baş verdiyi anlaşılmırdı,
Çoxları getmişdi dərin xəyala.
Külək də susmuşdu, quşlar da hətta,
Heyrət içindəydi göylərdə bulud.
Kimsə qulağıma pıçıldayırdı:
" Unut olanları, bir yolluq unut".
Damlalar hopduqca nəmli torpağa,
Daşlar silkələnir, göy qaralırdı.
Daşların, torpağın canında sanki,
Müdhiş bir vahimə, bir qorxu vardı.
Bayquş səfasından səksənən ağac,
Kökündən göyəcən tər içindəydi.
Çaylar can stırdı dənizə sarı,
Təkçə tanrı sakir, öz işindəydi.
Bozumtul bir damla qopub sükutdan,
Qışqıra-qışqira çırpıldı daşa.
Çiliklənən damla, bihuş zərrələr,
Uçurdu havada o baş-bu başa.
Günəşin qürüba enən çağıydı,
Qaranlıq ustufca enirdi yerə.
Mən də yorulmuşdum, dilsiz sukut da.
Diqqət kəsilmişdik baş verənlərə.
...Yanbayan düzülüb sıralanmışıq,
Gözəl bir meşəlik, meyvəli bağıq.
Damla-damla hopub soyuq torpağa,
Ümid var, təzədən qayıdacayıq.