Arzu  ADA - SON   ETİKET  YARLIGI

YAZARLAR 09:44 / 13.07.2026 Baxış sayı: 441

 

<MEMİ> AZADLIGI .

 

Olmuş əhvalat

İşdə

 

bəzən boşluq olur hərə bir hekayə danışır .

Qalır onu yazıya çevirmək sizə çatdırmaq .)

Ad nə qoyum fikirləşdim .

<Sonuncu Etiket. >...olsun..

Mənim babam rəhmətlik deyərdi. Kişini paltarı yox sözü bəzəyir.

Babam rəhmətə gedəndən sonra bildim ki söz ac doyurmur.

Bu kişi bizi ...bəlkə bütün epoxanı ..nəsli aldadırmış )

Paltar bəzən adamı xəcalətdən xilas edir.

İlk dəfə MEMİyə 7 il qabaq girdim.

Cibimdə 4 manat ürəyimdə 400 dənə kompleks. Toya dəvətliydim.

Amma geyinəcək təmiz bir köynəyim yox idi.

Vasmoydan 15 manata <SUMQAYIT> sekond şalvar almışdım. Dizində qara ləkə var idi.

SATICI DEDİ

Bu Louis Vuitton izidir qardaş.

İnandım.

Çünki kasıb adam asan inanır.

QALDI ŞALVARDAN YUXARI ..NƏ GEYİM.. NƏ ALIM .

FUTBOLKAMI GÜN O QƏDƏR BOZARTMIŞDI Kİ KÖYNƏK ÖZÜ İLK RƏNGİ NƏ İDİ XATIRLAMIRDI

Dedilər 4 manata ancaq Memi sənə nəsə verə bilər

Əlacsız qalıb 28 də yer altındakı podvala girdim Toya lüt bədənlə gedən halım yox idi ki ?!

İndi təsəvvür edin əynimdə dizi ləkəli şalvar qurşaqdan yuxarı lüm..lüt

Adamı söyərlər e

İçəri qoymazlar..

Bu da Memi ..

Girib 4 manata köynəyi alıb elə oradaca geyib yollandım Vosmoydakı it iyi verən restorana ..

Stol dolu idi salatlarla .

Kabab və s. adətən sonra gətirirlər

MİLLƏTİN MƏDƏSİNƏ HESABLANMIŞ MENYU ZAD ..YƏNİ..

Onda da

Ofsiantlar adamı qoymurlar nəfəs almaga

Sanki müdriyyət tərəfindən təlimat almışdılar :

...Yeyin qonaq qardaşlar !

..

Qoymayın.. bizimkilər..)

YƏNİ HƏR STOLUN BAŞINA BİR TƏLİMATÇI QOYURLAR.

KİMİN HÜNƏRİ NƏDİR İKİNCİ TİKƏYƏ ƏL UZADA

Əlqərəz

MƏN də gəldi yedim .

Kameraya düşmədim.

Çünki işıq vuran kimi o ..Louis Vuitton izi.. kosmik kəşf kimi parladı. Gəlinin nənəsi yəni dədəmin ulu nənəsi şalvarıma baxıb soruşdu.

Bala vuruşub gəlmisən. ?

Dedim

.Yox nənə.. iqtisadiyyatla vuruşmuşam.

Allahın 1222 ildən qalmış arvadı da mənə güldü

(O ƏZİKLİYİ UNUDA BİLMİRƏM HƏLƏ DƏ )

Həmin gecə and içdim. Bir də <Vosmoy bazara> getmərəm .

O gündən MEMİ ilə dost oldum.

Təsadüflər zərurətə çevrilirdi yavaş yavaş

Girirsən heç kim sənə baxmır

Satıcı yox... Yə'ni yox kimi )

<Məllim kömək lazımdır > yox. )

Bunu götür sənə yaraşır.. yox

MEMİDƏ 1 saat 47 dəqiqə əyindəyişmə otağında qalırsan

...Çıx ...deyən yox

Çıxanda mühafizəçi gəlib soruşmur

Qardaş sağsan.. ?

İlk dəfədir mağazada diri qalırsan .

O gün yenə 3 manata boz köynək aldım. Üstündə etiket var idi. Böyük ...ağ... qürurlu etiket. Evdə gətirib divardan asdım. 3 gün geyinmədim. Yalnız baxdım. Çünki ilk dəfə idi ki üstümdəki paltar mən səndən utanmıram ..deyirdi.

Günlər keçdi. Vasmoydan aldığım şalvar birinci yuyulmada bozardı.

Rəngi getdi mənim kimi. it iysi gəldi. Deməli it də sekond imiş. Amma MEMİnin köynəyi. 6 ildir var. Rəngi solmayıb. Tikişi açılmayıb. Mənim ürəyim kimi. Bir dəfə qızla görüşə getdim. Əynimdə elə o boz köynək. Qız dedi. Çox dəbli geyinirsən. Güldüm. Dedim. Bilirsən. Bu sadəlik 3 manatdır. Amma içindəki rahatlıq 30 min manatdır. Çünki heç kim dalımca qaçıb demədi. Pul ver. İndi başa düşürə

. MEMİ mağaza deyil.

MEMİ kasıbın əyləş bir nəfəs al kreslosudur.

MEMİ sənin pulun azdır amma ləyaqətin çoxdur deyən yeganə yerdir.

MEMİ bu ölkədə demokratiyanın ən real formasıdır.

Heç kim sənə toxunmur. Bazarlarda əlimdən malı alıb bunu götür deyirlər.

Çünki sənə yox cibinə baxırlar.

Təki malı sırısınlar sənin son manatını da əlindən çıxarsınlar MEMİdə isə əlini cibinə də atmırlar.

Çünki bilirlər

. Gələn adam ya alacaq ya da sadəcə nəfəs alıb gedəcək

Hər ikisi halaldır.

Xülasə

Ora həmişə açıqdır Ünvanı. MEMİ.Babam haqlı deyilmiş Kişini paltarı bəzəmir. Amma bəzən elə bir paltar olur ki. Kişi özünü bəziyir.

Son.

Pərdə düşdü.

Alqış yoxdur.

Çünki kasıbın hekayəsinə alqış verən olmur. Amma başa düşən çoxdur. Vasmoy bazarının it iysilidənsə Meminin Avropanın köhnəsi gözəlmiş

Pullanım inşallah..

. Avropadan hər şey daşıyacam. Demokratiyadan.. tutmuş paltara qədər.