Fərhad Tapdıqoğlu: - Cır adamlardan uzaq...
(hekayə)
Yayın cır-ha-cır vaxtı idi.Oktay kişi həyətindəki cır armud ağacının altındakı oturacaqda əyləşib,cır-cır-amanın səsinə qulaq kəsilmişdi.Bu cır armud yeganə ağac idi ki,Oktay kişi ona calaq vurmamışdı.Hər zaman olduğu kimi, ömrünün bu çağında da yenə kitab mütaliə edirdi.
...Cır-cır-ama isə oxuyurdu.Oktay kişinin yadına "Cır-cır-ama " şeiri düşdü:
"Cır-cır-ama yay boyu
Cır-ıldadı biqərar."
Xəyalı o illərə uçdu.
Uşaq vaxtı"Cır-tdan " nağılına qulaq asmaqdan yorulmazdı.
..."Cır- cır " ayaqqabıların bir ara dəbdə olduğu illər gözləri önündən keçdi.Atası İmkansızlıqdan ona "cır- cır ayaqqabı " ala bilməmişdi.Sinif yoldaşı ,qəssab Cəfərin oğlu Mövsüm "cır- cır ayaqqabısının cır-ıltısını nümayiş etdirir,forsundan cır-ılırdı...
(İndi bütün körpələr cır- cır ayaqqabı geyirlər)...
Orta məktəbi bitirəndən sonra Oktay o zamanki,"Mədəni maarif" texnikumuna qəbul olub, oxuyub ,bitirdi.Amma ixtisası üzrə işləməyib,sənayə müəssisələrinin birində işə düzəldi.Elə həmin müəssisədə işləyən bir qızla ailə həyatı qurdu.Mənzil növbəsinə dayandılar. Növbələri çatanda üç nəfərlik bu ailə ( özü,həyat yoldaşı oğlu Zamiq) iki otaqlı mənzillə təmin olundular.
Sonra bir uşaqları Namiq də dünyaya gəldi.
Bir müddət sonra qiyabi ali təhsil alan Oktay öz ərizəsi ilə zavoddan ,işdən çıxıb mədəniyyət evi- klubların birində işlədi..Az keçmədi ki,onu irəli çəkdilər.Şəhərdəki "Cır-tdan " kino- teatrında inzibatçı, bir müddət sonra isə direktor vəzifəsində çalışdı. "Cır-tdan " filmi də həmin kino- teatrda vaxtaşırı nümayiş olunurdu.Təbii ki, bu kino- teatrda plan doldurmaq xatirinə təkcə uşaq filmləri deyil, başqa bədii filmlər də göstərilirdi.Uşaqları yay ayları "Cır-tdan " pioner düşərgəsində dincəlirdilər.
SSRİ- nin süqutundan sonra xırda alverlə də məşğul oldu.Ailəsi pis dolanmırdı. Necə deyərlər " cır-maq- cır-maq" topladığı pul ilə indi şərait qurub yaşadığı bağı da aldı.
....Zamiqlə Namiq də ailə həyatı qurdular.Namiq ata evində yaşaylr ,Zamiq isə ipoteka ilə mənzil aldı...
.... Oktay kişinin həyat yoldaşı illər öncə xərçəng xəstəliyindən dünyasını dəyişdi.Təqaüddə olan Oktay kişi bağda tək yaşayır.Əlbəttə övladları ,gəlinləri ona daima baş çəkir,qayğısına qalırlar .Yay ayları nəvələri Lalə ilə Nərgiz demək olar ki,onun yanında olurlar.
Lalənin 15,Nərgizin isə 13 yaşı var.
Bu iki qızın həyata baxışları çox fərqlidir.Lalə cır-ıq- cır-ıq şalvar geyir,"forslanır",necə deyərlər "forsundan cır-ılır".
Nərgiz isə adətən don geyinir.Lalə də,Nərgiz də dərslərini mobil telefondan istifadə edib ,hazırlayırlar.Amma Nərgiz həm də çoxlu bədii ədəbiyyat oxuyur.
Nərgizin kitablara məhəbbətinin səbəbkarı elə babası Oktay olub.Oktay kişi hərdən " cız-ma- qara" da edir.Bəzən yazdıqları xoşuna gəlmir," cız-ma-qaraları" cır-ıb tullayır.Özü üçün yazır....
...Oktay kişi qarşısındakı masanın üstündə olan Bəhmən Vətənoğlunun kitabını vərəqləməyə başladı.Kitabdakı şeirlərdən çoxunu vaxtilə əzbər bilsə də,bəzilərini unutduğundan vərəqləyib,xatırlamağa çalışdı.
Otaqlardan birinin qapısı cır-ıldadı.
Gələn Nərgiz idi.Nərgiz babası ilə salamlaşıb, onun boynunu qucaqladı.
Babası Nərgizə:
--Babasının gülü- çiçəyi ,hamıdan göyçəyi Nərgizim,mənə bir stəkan çay gətir,yanında da,bax bu cır armudun mürəbbəsi olsun.
Bir neçə dəqiqədən sonra Oktay kişi çay içə- içə nəvəsi Nərgizlə söhbətə başladı.
Oktay kişi qarşısındakı kitabdan bir bənd şeir oxudu:
"Dünyaya gözümüz baxandan bəri,
Dövran başımızdan vurur ,ay baba.
Qızıl düşgünləri,pul hərisləri,
Göyü didir,yeri cır-ır ,ay baba"
--Nərgizim,bu şeirdə " cır-ır" sözü var.
Mən istəyirəm bu gün sənə kökü " cır " olan sözlərdən danışam.Qiqqətlə qulaq as:
"Cır-cırama, cır-ha-cır,cır- cır, cır-ıq- cır-ıq,Cır-tdan,cır meyvə,cır adam,cır-tdan dövlətlər ,cır- cındır,cır-tdan boylu adam,cır səsli adam,cır- cır böcək,cır-hacı alması,ona çarhacı da deyirlər...
Nərgiz :
-Baba,cır meyvə nədir?
Oktay kişi:
--İnsan əməyi olmadan,öz- özünə bitən ağaclar cır ağaclardı.Onlara sonradan calaq vurub,peyvənd edirlər. Bax ,altında oturduğumuz bu ağac da bildiyin kimi,cır armud ağacıdır.
Nərgiz:
-Bəs cır səsli adam,cır adam necə olur?
Oktay baba:
-- Cır səsli adam- yəni nazik səsli adam.Cır adam - kəmhövsələ,səbirsiz, tünd adam.
Cır adamlardan uzaq olasan mənim ağıllı nəvəm.
Nərgiz :
--Çox sağ ol,ay baba.Kökü "cır " olan qalan sözləri bilirəm.
Oktay baba:
-- Bax bu gün bir neçə söz öyrəndin.İnsan gündə bir söz,kəlam,ümumiyyətlə bilmədiyi nəyisə öyrənsə,ildə 365 söz edər.
Maşallah sən demək olar ki,hər gün nəsə öyrənirsən.Sən mənim ağıllı nəvəmsən.İnanıram ki,sən belə davam eləsən , çoxlu mütaliə etsən,inşallah gələcəkdə hamımızın qürur duyacağımız bir ailm olarsan.Şöhrətin bütün dünyanı tutar.
Nərgiz utandı,başını aşağı saldı:
--Sən dünyada ən yaxşı babasan! Mənim babamsan !
Çalışacam baba,çalışacam.Söz verirəm ki,sənin,valideynlərimin başını uca eliyəcəm.
....Oktay baba nəvəsi Nərgizlə nahar elədi.Sonra söhbətlərinə davam etdilər.
Yayın cır-ha-cır vaxtı idi.Cır-cır-ama da kişik fasilələrlə nəğmə oxuyurdu ,cır-ıldayırdı....