Baba TƏBRİKİ
Bu gün nəvəm Aysu xanımın 11 yaşı tamam olur!Onu ÖPÜB ürəkdən TƏBRİK EDİRƏM! Atalı , analı , sağlam BÖYÜSÜN!Baban Əbülfət Mədətoğlu
Sən evimə gələn gün
Ev-eşiyim şadlandı...
Adını söylədikcə -
Dilim -ağzım bal daddı!
Hamı oldu pərvanən
Böyüdün ləçək, ləçək!
Qızların sırasında -
Oldun ən gözəl çiçək!
Hər yeni ad gününlə
Arzumuz da böyüyür!
Aldığın qiymətlərlə-
Atan, anan öyünür!
Xoşbəxt taleh, gülən üz-
Olsun ömür payın bu!
Səni şox sevirik biz -
Bunu unutma , Aysu!