Məmməd İlqar - Başın sağ olsun...

Ədəbiyyat 11:00 / 27.09.2026 Baxış sayı: 501

 

 

Vətən, başa çox iş gələr,

Baş əymə, başın sağ olsun.

Biz ölməyə doğuluruq,

Torpağın, daşın sağ olsun.

 

Neçə cəfakeşin qalır,

Bir evdən bir qoşun qalır,

Beşin ölsə, beşin qalır,

O qalan beşin sağ olsun.

 

Çat verir, çatlayır dözüm,

Sən çatlama, canım-gözüm.

Bizi ağlamağa gözün,

Bir də göz yaşın sağ olsun.