Namiq   Dəlidağlı - SÖZ VERİB GEDƏN OĞLAN

Ədəbiyyat 10:07 / 27.09.2026 Baxış sayı: 501


"...Əziz və dəyərli dostlar. Bir qız status paylaşıb ki, 30 ilə alınmayan Qarabağı aldılar, məni alan olmadı. Mən burdan o xanıma səslənirəm: -Gözəl insan, gözəl xanım, sən gecə-gündüz əsgərlərimiz üçün dua elə, Qarabağ alınsın, səni axtarıb-tapıb mən özüm alacam", - deyən Şəhid Daşqın Şəfiyevin unudulmaz xatirəsinə...

Savaşda Ana yurdun

dadına yetən oğlan.

Canı, qanı, nəfəsi,

varlığı-Vətən oğlan!

 

Vətənlə bir can oldun,

gülləyə nişan oldun,

sinəsi şan-şan oldun,

yaralı bədən oğlan!

 

-Onu alacam - dedin,

yalanmı çıxdı vədin?!

Niyə geri dönmədin,

dönmədin nədən, oğlan?!

 

O qız pozdumu andı,

kim deyir adaxlandı?!

Dönəcəksən - inandı,

söz verib gedən oğlan...