Elnur Uğur Abdiyev - Mən dünyaya gələndən...
Mən dünyaya gələndən,
Tale mənlə güləşdi.
Yoluma daş tökənin,
Yollarına gül əkdim.
Hər pisliyə yaxşılıq,
Oldu pislik cavabım.
Bu dünyada ən böyük-
Günahımdır savabım.
Sevirəm bu dünyanın,
Qarasını,ağını.
Eşqlə möhkəmlədirəm,
Ömrün sevgi bağını.
Arxadan ha vur məni,
Üzüm üz qibləsinə.
Alnıaçıq gedirəm,
Eşqimin Kəbəsinə.
Mən dünyaya gələndən,
Dünyayla savaşdayam.
Ayağımdan çəkənlər,
Yenə sizdən başdayam.