Əlizadə Nuri - Yadında qalan qədərəm
Günah sənsən, günahkar mən,
Cəza almış can qədərəm.
Bütün qanımı tökmüsən-
Yerdə qalan qan qədərəm...
Nə ağırmış şərtin, allah,
Bu bəşərdi, şərdi allah?
Dünən bir şəhərdim, Allah
Bu gün xaraban qədərəm.
İtkim- azaldığım deyil,
Bu ki azadlığım deyil...
...Yanında qaldığım deyil-
Yadında qalan qədərəm...