Fərhad Tapdıqoğlu - Ay sağsağan ,xəbər apar soruşanlara ,mən sapsağlamam,sapsağam...

YAZARLAR 08:50 / 26.10.2026 Baxış sayı: 279

 

 

Düşüncələr

Ay sağsağan,sağsağan!

Qoy məni sevənlər də,sevməyənlər də

bilsinlər ki, sapsağlamam, sapsağam...

Xəbər çatdır,ay sağsağan ,sağsağan!

=

Ay göyərçin!

Arzularım vardı çin-çin...

İstədim göyərsin ,biçim...

Təəsüf ki,göyərmədi,çin olmadı,biçilmədi,ay göyərçin,göyərçin!...

=

Tısbağa qınından çıxdı...

Gəzdi,dolandı,pis əməllərə qurşandı,qını haqqında xoşagəlməz sözlər danışdı...

...Sonra elədiklərinin peşmançılığını çəkib ,yenidən qınına qayıtmaq istəsə də,qını onu qəbul eləmədi...

( "Tısbağa qınından çıxdı,qınını bəyənmədi"nin yeni variantı")

=

Elə qoçaqsansa qurdları,çaqqalları...qov,uzaqlaşdır...

Sərçələr...balaca quşlar səni görəndə uçub gedəcəklər...