Xatirə Rəhimbəyli - Onda yaylıqlar vardı
Onda yaylıqlar vardı
Üstdə qız şəkilləri .
Gözəl ala gözləri,
Pambıq kimi əlləri...
Ordan pərvazlanardı
Oğlanların xəyalı .
O qıza bənzəyərdi
Gözəllərin camalı...
Ah , o hisslər hopurdu
Tarixə varaq-varaq .
Tərtəmiz duyğulardan
Kiablar qalaq -qalaq...
Hər şey nağıl kimiydi ,
Nağıldı,nağıl ancaq !
O hisslər sönüb gedib ,
O yaylıqlar qalacaq !!
Göydən üç alma düşməz
Ürəyimz çəkilər.
Göz yaşımız , eşqimiz ,
O yaylığa bükülər ...
Qara torpağa girməz ,
Uçar ALLAHA sarı..
Arxasınca boylan , bax ,
Dikəlsin başın barı...
Gözündə əksi qalsın ,
Yaylıq , qiz şəkilləri ...
Qəmli gözləri vardı ,
Pambıq kimi əlləri ...