Fərhad Tapdıqoğlu - "Bilmədiklərimi ayaqlarımın altına yığsam,başım göylərə çatar"

YAZARLAR 12:22 / 24.10.2026 Baxış sayı: 166

 

Düşüncələr

Bir az da təbəssüm

"Oğurladıqlarını,talayıb yığdıqlarını ...bütün obyektlərini ( burada və xaricdə) pula çevirib,ayaqlarının altına qoysalar ,başları göylərə çatmasa da, göydələnlərə çatar"

=

Ağlı başından çıxıb,bədənində başqa "sığınacaq " axtara-axtara gedib ,topuğunda dayanıb.

"Ağlı indi topuğundadır".

=

Onun qəlbindəki sevgi "letargiya " yuxusuna gedib ...

Görəsən ,nə vaxt ayılacaq?

Ümumiyyətlə ayılacaqmı?

=

Tüklənib deyəsən...

Gözləri ayağının altını görmür...

Ennənib...

Forsundan yer clrılır...

Düz yeriyir...

Boynu yoğunnuyub...

Gönü qalınnıyıb...

Başı əttənib...

=

"Tez duran öküz ,çox yatan,gec duran öküzün başına"...

Görəsən o "üst-başı" batan öküz oyanıb,neyləyər?

Buynuzlarını işə salar?