Sevil Azadqızı - GÜCÜM YETMƏYİR Kİ
Uzun-uzun bu yollarda,
Fikir atlı, mən piyada.
Çəkmədiyim nə qalıb ki,
Etibarsız bu dünyada?!
Dərd-ələmdir sağım, solum,
Çoxdan boşalıbdır dolum.
Gözlərim yol çəkmir daha,
Dirənib dalana yolum.
Ömrü geriyə sayıram,
Yenə də işıq yayıram.
Amma gücüm yetməyir ki,
Özümü səndən ayıram...
25.10.2025