Əlizadə Nuri - SEVDİM
Heç kimə bənzətmədim ki,
Mən səni sən kimi sevdim.
Səsinlə dodaqlarının
Uyan ahəngini sevdim.
Axıb gedən saçlarını,
Bir də səhəngini sevdim.
Yaman düşürdü rənginə-
Suyun da rəngini sevdim.
İlk görüşə çağırdığın,
Sonuncu zəngini sevdim.
...Sevdim bu "qızıl" payızı-
Mən də bir "zəngin"i sevdim...