Faiq Balabəyli : - Bacara bilmirəm bu dünya ilə!

Ədəbiyyat 11:25 / 11.06.2024 Baxış sayı: 1329

Bacara bilmirəm bu dünya ilə!

Məhv ola yarısı, yarısı qala,

çiçəyi quruya, arısı qala.

Yenə əvvəlki tək dünya beləcə,

yarı torpaq ola, yarı su qala,

Bacara bilmirəm bu dünya ilə...

 

Dağı da, daşı da, suyu da doğma,

yaz kimi payızı, yayı da doğma.

Yenə əvvəlki tək dünya beləcə,

yarı yad görünə, yarı da doğma-

Bacara bilmirəm bu dünya ilə...

 

Çəkmir əvvəlki tək tamı da bizi,

dünya bir məclisdir, tamada bizik.

Təqdimlə, təltiflə tərif eləyib,

hamıya yaxşıca tanıdar bizi,

Bacara bilmirəm bu dünya ilə...

 

İlini, ayını, gününü bilmir,

toyunu, yasını, vayını bilmir.

Dünyanın işləlri düşüb qarışıq,

özü öz yaşını, soyunu bilmir,

Bacara bilmirəm bu dünya ilə...