Elnur Uğur Abdiyev : - Mən eşqimə təşnəyəm.

İçimdə dalğalar var,
Şahə qalxan,kişnəyən.
Eşqim məndən güc alır,
Mən eşqimə təşnəyəm.
Odur məni yaşadan,
Odur məni mən edən.
Ona sadiq bəndəyəm,
O mənə məndə Vətən!
Ömrün ləpədöyəni,
Öz gəmisin gözləyir.
Hər dalğa çırpınışda,
Sevgidən bir söz deyir.
Ümidliyəm nə vaxtsa,
Gün bu güntək uzana.
Hardasa azan gəmi,
Sağ gələcək limana!