Ədalət Salman : - ŞAİR

Ədəbiyyat 08:18 / 12.02.2024 Baxış sayı: 3264

Qələm dostum Əbülfət Mədətoğlunun

65 illik yubileyinə

 

Daha azad olub doğma Tuğ kəndin,

Get öp torpağını, daşını, şair.

Şəhərdə yetiməm,- deyən ki, səndin,

Köç, at yetimliyin daşını, şair.

 

Qurtuldu işğaldan əsir torpağım,

Özümə qayıtdı öz Qarabağım.

Bir bax, Xankəndidə qalxan bayrağım

Necə də dik tutub başını, şair.

 

Baxıb qüdrətimə bədxah mat olur,

Dostlar dayaq olur, qol-qanad olur.

Görüb, şəhidlərin ruhu şad olur,

Xalqımın sevinc göz yaşını, şair.

 

Zəfərim canına salıb vəlvələ,

Düşmən bir də çətin özünə gələ!

Şuşa dağlarıyla verib əl-ələ

Keçirək yubiley yaşını, şair.