Aləmzər Sadıqqızı - Qurbanınam mən sənin...
Heç soruşma səndən sonra olanı,
Səndən sonra sevdim birin dəlicə...
O da sevdi ana bala sevən tek,
Unutmarıq heç birimiz ölüncə...
Qaydalar var aşammadıq nə yazıq,
Qoymadılar əllərimi tutmağa...
Yer tapmadım ürəyimi qoymağa,
Qol çəkdirdim məni mənsiz atmağa...
Elə uçdu əllərimdən əlləri,
Səsi belə yaddaşımı qanadır.
Sonra bildim yalan olur sevdalar...
Tək sevən var, onun adı Anadır!
Deyirdi ki, mənsiz ölsən aləmi,
Dəfn etsələr məzarını sökərəm...
Ölməmişəm...ölənlərdən betərəm,
Bu ağrını mən ölüncə çəkərəm.
Sən Aləmi bu sevgiyə bağışla,
Bu dünyada bir günahım var mənim...
Sevmək əgər günahdırsa boynumu,
Kəs əlinlə, qurbanınam mən sənin...
24.10.2025.