Türkan qəsəbəsində" Azərbaycan-Koreya "  dostluq tədbir keçirilib

MƏDƏNİYYƏT 14:34 / 23.10.2026 Baxış sayı: 299

Xəzər rayonunun Türkan qəsəbəsində Azərbaycan-Koreya dostluq əlaqələrinə həsr olunmuş tədbir keçirilib

 

Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən 262 saylı orta məktəbdə Azərbaycan-Koreya dostluq əlaqələrinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbir Milli Məclisin Mədəniyyət komitəsinin, Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin, Koreya-Azərbaycan Assosiasiyasının və Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşlığıçərçivəsində həyata keçirilib.

 

Tədbirin rəsmi hissəsi Azərbaycan və Koreya Respublikalarının dövlət himnlərinin səslənməsi ilə başlayıb.

 

Daha sonra Azərbaycan-Koreya əlaqələrini, mədəni irsini, qarşılıqlı əməkdaşlığını əks etdirən videoçarx nümayiş olunub.

 

Məktəbin direktoru Kəmalə Babayeva qonaqları salamlayaraq, bu cür tədbirlərin şagirdlərə beynəlxalq dostluqdəyərlərininöyrədilməsi baxımından vacibliyini vurğulayıb.

 

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək, Azərbaycan-Koreya münasibətlərində təhsil və humanitar iş birliyinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, təhsil sahəsində əlaqələrin genişləndirilməsi, bilik və təcrübə mübadiləsi, gənclərin müasir texnologiyalara çıxış imkanlarının artırılmasının xalqlarımız arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

 

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü genişmiqyaslı xarici siyasətindostluğa, sülhə və əməkdaşlığa yönəldiyini vurğulayıb.O,Azərbaycan ilə Koreya arasında qarşılıqlı münasibətlərdən bəhs edərək,mədəni, ədəbi, akademik mübadilələrə diqqəti çəkib. Günay Əfəndiyeva tədbiri təmsil etdiyi Xəzər rayonunda beynəlxalq mədəni-humanitar əlaqələrin təşviqinə xidmət edən növbəti uğurlu addım kimi dəyərləndirərək, bu cür layihələrə daimi dəstəyini ifadə edib.

 

Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri KımquKanq çıxışında iki ölkənin tərəfdaşlıq istiqamətlərindən söz açıb. Səfir Azərbaycan və Koreya arasında iqtisadi,kənd təsərrüfatı, səhiyyə, informasiya texnologiyaları ilə yanaşı, təhsil və mədəni sahələr üzrə iş birliyinin inkişafını vurğulayıb.O, yeni nəslin dostluq əlaqələrinin əhəmiyyətini qeyd edərək, tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

 

Koreya-Azərbaycan Assosiasiyasının sədri Li Min Yonqrəhbərlik etdiyi təşkilatın təhsil, mədəniyyət və iqtisadiyyat sahəsində fəaliyyətindən bəhs edib. O vurğulayıb ki, Azərbaycan və Koreyan mədəniyyətlərinin qarşılıqlı tanıdılması iki ölkənin mənəvi tərəfdaşlığını gücləndirir.

 

Tədbirin bədii hissəsində Azərbaycan və Koreya xalqlarının milli rəqsləri, musiqisi, eləcə də taekvandoidmannümunələri nümayiş olunub.

 

Tədbir çərçivəsində Koreyanın müxtəlif şirkətlərini təmsil edən nümayəndə heyətinin üzvləri tərəfindən Xəzər rayonunun Türkan qəsəbəsinin orta ümumtəhsil məktəblərinin yüksək nəticə göstərən şagirdlərinə kompyuterlər və təqaüd mükafatları təqdim olunub.

 

Sonda qarşılıqlı hədiyyələr bağışlanıb və birgə xatirə fotoları çəkilib.