Xəyalə Sevil - Sevməyi demirəm heç
Ədəbiyyat
12:00 / 24.10.2026
Baxış sayı: 102
Sevməyi demirəm heç,
Daha sevgi yoxdu bu axmaq üçün.
Baxdım ürəyimin künc-bucağına,
Birini tapmadım unutmaq üçün.
Elə bil, heç olmamısan.
Taleyim səndən qalanı
Süpürüb, silib gedir.
Soyuyub aramız xatirənlə də,
Arada gəlib gedir.
Ömrün çoxu keçibdi,
Nə var, azında nə var?!
Bu qışı da keçirək,
Görək yazında nə var?!