Əbülfət Mədətoğlu : - MƏN...
Hər anım xəlbirdən, ələkdən keçir
Hər an da dən kimi sovruluram mən..
İçimdə nə varsa tay sənə köçür -
Qalan cismim ilə qovruluram mən...
Qollarım qoynumda, boynum kəndirdə
Göyərir göz yaşım köhnə məndildə...
Hər gün küt gedirəm soyuq təndirdə -
Hər gün də. təzədən , yoğruluram mən!..
Həsrətlə silahsız dava edirəm,
Xəyalı ruhuma yuva edirəm!...
Sənə . gözlərimlə dua edirəm -
Yaxamı əyil aç, boğuluram mən!..