Əbülfət Mədətoğlu : - Adamı

Ədəbiyyat 10:27 / 22.01.2023 Baxış sayı: 1784

 

Dayanıb mənlə üz-üzə

Lal gecənin lal adamı...

Gətirib belə göz, gözə -

De, hansı sual adamı?!

 

"Dü" veribatılan bu zər

Ağ götürüb qara yu, sər!

Kirpikləri isladan tər -

Üşüdəcək "kal" adamı!

 

Kim var mənə özümdən yad?

Dad etmirəm ömürdən dad...

Bir Qadındı verib qanad -

Edən Rüstəm Zal adamı!