Çində hava limanında qalan azərbaycanlılar kömək istəyir - VİDEO

HÜQUQ 18:15 / 19.04.2024 Baxış sayı: 870

Azərbaycan vətandaşları Çinin Guangzhou (Quançu) şəhərində Bayun hava limanında qalıb.

Yenises.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Təhsil Mərkəzinin direktoru Ramal Şəmşədili video paylaşıb.

Onun sözlərinə görə, səhər saatlarında uçmalı olan təyyarə uçuşu ləğv edilib və onlara 3 gün gözləməli olduqları bildirilsə də, nə oteldə qalmağa şərait yaradılıb, nə də yemək verilib.

Vətandaşlar səfirliyə ölkəyə qayıtmalarına kömək etmələri üçün müraciət ediblər.