Bütün sosial ödənişlər Qurban bayramı ərəfəsində tam ödəniləcək

MƏMLƏKƏT 14:10 / 11.06.2024 Baxış sayı: 1637

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Qurban bayramı ilə əlaqədar iyun ayının bütün pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımları qrafikdən əvvəl olmaqla iyunun 14-də tam ödəniləcək.

Bu barədə Yenises.az-a Fonddan bildirilib.

Bundan əvvəl, iyunun 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyun ayının pensiyaları artıq ödənilib.