Belə-belə işlər,Şakir Əfəndi - yazdı Avdı Qoşqar

Demişdim bu quyu çox su aparar-
Apardı dolmadı -qaldı yarımçıq.
Qaldı şoran torpaq ağzı günəşə,
Qaldı suya təşnə , sinəsi qançır-
Belə-belə işlər Şakir Əfəndi.
Kölgədə,dəmyədə ağac böyüməz-
Böyüdü yarpağı payız xəzəli.
Sussus yarpaqların bənizi gülməz,
Budaqlar torpağa əyilən əli-
Belə-belə işlər,Şakir Əfəndi.
Sarı yarpaqların bənizi gülməz,
Bir az qəm bürünər,bir as da kədər...
Uzun yol gəlmişəm -ağlına gəlməz-
Üzü cəhənnəmnən -bu yerə qədər.
Belə- belə işlər Şakir Əfəndi.
Cəhənnəm odudu hər keçilən yol-
İstər dolayı get,istərsə kəsə.
Bizə kölgələrdə ağac böyüdər-
Əli hökmlülər-Məhəmməd , İsa.
Belə-belə işlər,Şakir Əfəndi.
Yüz söz söylənilər-çoxusu saxta,
Yüz fərman verilir-bir başa qulluq.
Cəhənnəm deyilən xaraba varsa-
Bura böyüyüdü, öyrən biryolluq –
Belə-belə işlər,Şakir Əfəndi.
27 mart 2025.