"Xüsusilə nəqliyyat sektorunun inkişafında hər iki ölkənin təşəbbüsləri əhəmiyyətlidir." -Tahir Rzayev, millət vəkili

SİYASƏT 09:55 / 25.04.2025 Baxış sayı: 1833

 

“Azərbaycan ilə Çin arasında 1992-ci ilin aprelində qurulan diplomatik münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Bu gün bu gün özünün ən yüksək mərhələsindədir. Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi, hər iki ölkənin milli maraqlarına əsaslanır və dövlət rəhbərlərinin qarşılıqlı səfərləri, imzalanan müqavilələr, verilən layihələr gələcəyə nikbin baxmağa ümidlər verir. Bu gün Çin ilə Azərbaycan ən yaxın tərəfdaşlıqlar və dərinləşən strateji tərəfdaşlıq daha qlobal əməkdaşlığa çevrilməkdədir. Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublika Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanması, bu əməkdaşlığa yeni vüsət verir və əməkdaşlığın genişləndirilməsi mühüm önəm daşıyır”.

Yenises.az  bildirir ki, bu  fikirləri  mətbuata  açıqlamasında  millət  vəkili  Tahir Rzayev söyləyib.  Millət  vəkili  bunu da əlavə edib ki,

“Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini və iki ölkənin dost və tərəfdaş olduğunu dəfələrlə istifadə etmiş və bildirilmişdir ki, bu münasibətlər nəinki iqtisadi və siyasi əhəmiyyət daşıyır, həm də regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi baxımından çox əhəmiyyətlidir. Bu günlərdə Azərbaycan Prezidentinin səfəri qlobal əməkdaşlığın genişləndirilməsinə daha bir töhfədir və gələcəkdə əlaqələrin yaxşılaşdırılması üçün bir stimuldur. Azərbaycanın “kəmər və yol” təşəbbüsünə verdiyi önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Bu, çox vacibdir və bu kəmərin istifadəyə verilməsi nəqliyyatın daha da inkişaf etdirilməsi üçün perspektivlər yaradır. Azərbaycanla Çin Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyanamənin qəbul olunması bu gün hər iki ölkənin daha geniş miqyasda əməkdaşlıq etməsinə imkan yaratmışdır. Məhz buna görə də Prezident cənab İlham Əliyev Çin Respublikası ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə və möhkəmləndirilməsinə böyük önəm verir. Bu günlərdə cənab İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib, Azərbaycanla Çin arasındakı dostluq münasibətlərindən ətraflı danışıb və bildirib ki, hər iki ölkə arasında getdikcə artan iqtisadi, ticarət əməkdaşlığına baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensiallar mövcuddur. Əlbəttə, bu potensialdan səmərəli istifadə etmək üçün dövlətlər bir-birlərinin təcrübəsini dəstəkləməlidirlər. Hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər təqdir olunmalıdır. Xüsusilə nəqliyyat sektorunun inkişafında hər iki ölkənin təşəbbüsləri əhəmiyyətlidir. Azərbaycan bu gün nəqliyyatın inkişafı və yükdaşımaların artırılması üçün ərazilərin bir tranzit məkana çevrilməsi üzrə lazım olan tədbirləri görməkdədir”.

 Azərbaycan Prezidentinin Çinə səfəri və Çində yüksək səviyyəli görüşlər təşkil etməsinə    də  münasibət  bildirən  millət  vəkili  Tahir Rzayev  xüsusi  qeyd emişdir ki," Bu  səfər  gələcəkdə münasibətlərin daha da yaxşılaşdırılmasına yeni bir töhfə olacaq."