Sabir Zəkullaoğlu : - Mən çox eşitmişəm.

YAZARLAR 18:36 / 25.04.2025 Baxış sayı: 1304

İnsan bir ömür yaşayıb, yaşadığı həyatı dərk etmədən bu dünyadan köçür.

Hər kəs öz doğrularıyla yaşayır. Bir çoxları da özü kimi düşünməyib, fərqli düşünən, fərqli yol tutub yaşayan insanların yanlış yolda olduğunu iddia edir.

Mən çox eşitmişəm.

Dindarın ateistə, ateistin dindara cahil dediyini.

İnsanın savadlı olması onun doğru düşunə bildiyinə dəlalət eləmir. O qədər öz sahəsini yaxşı əzbərləyib, düşüncədən kəm olan insanlar var ki.

Düşünmək, təfəkkür etmək zəka işidir.

Zəka işıq deməkdir. Zəkalı insan bir çox qaranlıq məqamlara işıq saça bilir. Pisi yaxşıdan, xeyiri şərdən ayırmaq üçün çıraq rolunu oynayır.

Başqasının görə bilmədiyini görə bilir.

Bunun əksi olaraq, bir çox hallarda əksər insanların adi məsələlərdə nə qədər bəsit düşündüyünün şahihidi oluruq.

Məncə gətirəcəyim bu nümunəni hər birimiz müşahidə etmişik. Olur ki, yaşlı və ya orta nəsilin nümayəndələri gənclərə öyüd, nəsihət verərək, öz həyatından nümunələr gətirib, "mən bu səhvi etmişəm, sən bu səhvi təkrarlama, mənim səhvlərimdən nəticə çıxart", deyirlər.

Ancaq bir həqiqət var ki, səhv etmək insanın, insanlığın fitrətindədir.

Odur ki, o cığırdan hər kəs keçməlidir. Gənc nəsil də bu səhvləri dadmalıdır.

Səhv edərək doğrunun izinə düşmək yaradılışın qanunayğuluğudur.

Yaşlı nəslin gənclərdən olsa-olsa bir üstünlüyü var. O da yaşlı nəslin etdiyi səhvlərin sayının daha çox olmasıdır.

Səhv etməkdən qorxmaq insanı inkişafdan saxlayır.

Əslində səhv etmək deyə bir şey də yoxdur.

Sadəcə hadisələrə fərqli rakurslardan baxmaq var.

Zatən kimin nə qədır halqı olduğunu zaman qiymətləndirir.

 

17Arzu Ada, Elman Eldaroğlu və başqa 15 nəfər