Saqif Qaratorpaq : Hələ payız deyil

Ədəbiyyat 10:33 / 25.04.2025 Baxış sayı: 1090

***

Hələ payız deyil,bu sazaq hardan,

Sən niyə soyudun məndən,bilmirəm...

Yığdın gözlərini yolumdan,getdin...

Niyə boylanırsan gendən,bilmirəm...

 

Yaman üşüyənəm,sən ki bilirsən...

Belə qara dönmə,belə buz olma.

Yapış əllərimdən,bu qışdan çıxım,

Belə soyuq olma,duyğusuz olma.

 

Məni qar üşütməz, boran üşütməz,

Bir soyuq baxışın üşüdər,gülüm!

Barı bir “salam “yaz,bircə söz belə,

Üşüyən bir qəlbi isidər,gülüm!