Ehtiram İlham : - OLMASIN

Ədəbiyyat 11:00 / 25.04.2025 Baxış sayı: 1097

*****

Üstünə gərirsə öz qanadını

Bəd xəbərlə gələn sabah olmasın.

Sinənə nə boyda dağlar düzdürüb,

Bəsindi, bu fəryad, o ah olmasın.

Hələ tükənməyib, hələ adam var,

Yoxdusa, ömründən, günündən qopar.

Dünyanı yaşadır,

yaxşı adamlar

Heç vaxt yamanlığa urcah olmasın.

Dost elə gözəldi... sevda boydadı,

Ağrısı da elə bal kimi dadır.

Kim nəyi hayanda niyə aldadır,

Savabı heç vədə günah olmasın.

Nə var... Ehtiramın dərisini soy,

Sonra bu meydanın ortasına qoy.

Ölüsü cəhənnəm, dirisini söy,

Qoy başının üstə allah olmasın.