Bəhram Bilaloğlu : - Fəryad etmə, səssiz ol ki...

Ədəbiyyat 21:43 / 14.04.2024 Baxış sayı: 2230

Fəryad etmə, səssiz ol ki,-

Çatsın səsin, tək Allaha.

Səssizlikdə sirrlər vardır-

Açsan əgər yıxar, taha.

 

Dialoqlar aşkar olmaz-

Car çəkmə gəl aləmlərə.

Gördüklərim həqiqətdir-

Yazın əhli qələmlərə.

 

Ruhumdadır, aldığım güc-

Eşq yolunda sipər olur.

Durur hər an, nəfsə hakim-

Səssizlərə vəfa qılır.

 

Cücərdikcə fikirlərim-

Ağac olur,meyvə verir.

Sevənlərim nərdivansız-

Addım atır,fayda dərir.

 

Həyatımı nizamlayan-

Yaradanın varlığıdır.

Həyatından küsən varsa-

Onun əqli darlığıdır.