Adil Şirin - Gecə durnalar uçur...
Ədəbiyyat
09:00 / 19.04.2026
Baxış sayı: 586
* * *
Gecə durnalar uçur,
Uçur başımız üstən.
Adam deyilsən, bəlkə
Bir qərib durnasan sən.
Toxunma ağlayacaq,
Ağlayacaq Ay işığı.
Bəlkə Ay işığısan,
Belə adam olmaz axı..
.
Ay işığı keçib getdi,
Ağaclar arasından.
Yaralı durna çırpınır,
Gözlərimin qarasında...