Aida Adıgözəldən BİR  XATİRƏ

YAZARLAR 13:18 / 13.06.2024 Baxış sayı: 1727

Bu müəllimlərin sertifikasiya imtahanıyla bağlı bir xatirə düşdü yadıma. Mən orta məktəbi qramota ilə bitirmişdim...

Xatirə adında çox sakit, utancaq sinif yoldaşımız vardı. Oğlanla oturmasın deyə həmişə tək oturardı. Bir dəfə direktorumuz Əjdər müəllim hətta gəlib başına bir-iki şillə də vurdu, ki, "oğlanla oturmuram nədi bura məktəbdir eviniz deyil". Sakit olduğuna görə sinifdən sinfə 3 verib keçirirdilər. Nəinki dərs öyrənməyi vardı, adam 10 ildə yazmağı belə öyrənməmişdi, sadəcə çizgi çəkirdi hərflərin yerinə.

Demək məktəbi bitirdik, bir də eşitdim həmin Xatirəni atası pulla sinif müəllimliyinə qoyub. O məktəbi necə bitirdiyindən xəbərim olmadı bir də eşitdim artıq məktəbdə dərs deyir. Uşaqlardan dərs yerinə belə şeylər soruşurmuş, - "ananız toyuq basdırıbmı, neçə bala çıxarıb" filan...

Sizcə bu gün bu qədər müəllimin imtahandan kəsilməsi normal deyilmi?! Sovet dövründə pulla azmı oxuyub diplom alıb vəzifəyə keçən sinif yoldaşınız oldu? Xatirədən başqa eyni o savadda sinif yoldaşım vardı, məmur oldu. Ailəsi kəndin ən imkanlı şəxsiydi, ailəsi forsdan dağılırdı. Amma hamısının diplomu, işi var bu gün...