Aida Adıgözəl : - Sənə

Ədəbiyyat 13:25 / 02.10.2024 Baxış sayı: 1060

 

Səndən bir şey istəyəcəm,

amma söz ver, gülmə, gülmə.

Arada yuxuna gəlim,

sən də guya bilmə, bilmə.

 

Darıxanda mesaj yazsam,

"oxunmayıb" oxun atsan,

mən də cavabçın ağlasam,

mesajımı silmə, silmə.

 

Bir gün eşitsən ölmüşəm,

səndən izinsiz köçmüşəm,

xəbər göndər, - "incimisən",

ağla, amma gəlmə, gəlmə.

 

Hər gün mənə şeirlər yaz,

şəklimi sətirlərə qaz,

hərdən çox yox, elə bir az,

darıx, amma ölmə, ölmə...