Ağaevli Əli Hacı : - Arxamca gözlərin qalıb...

Ədəbiyyat 21:06 / 02.04.2024 Baxış sayı: 1286

Arxamca gözlərin qalıb,

Yolumu ağladır halın !

Ayrılığın ünvanı yox,

Tənhalığın əli -yalın !

 

Ağırlığı yüngülləşib,

Ağrım,acım üzə çıxır !

Zəhər içirəm günümü,

Acılığı sözə çıxır !

 

Gözüm üstdə yer qalmayıb,

Özəlləşib ” baş üstə” də !

Payız içimdə oynayır,

Gecələyir qış üstümdə !

 

Dünyaya ova çıxmışıq,

Yaxşılar öz sözün tutur !

Qibləsindən qaçıb canım,

Qəribliyə üzün tutur !

 

Vaxt içini yeyib,sözüm

dilimin altında qalıb !

Soruşanım olsa de ki,

Ölümün altında qalıb !