Ağaevki Əli Hacı :- Fələyi tapa bilsəydim...

Fələyi tapa bilsəydim,
Göydən yağış,yerdən külək ağlayardı mənə !
Elə qarışdırmışam sevinci qəmə,
Bir az ağıl,bir az ürək ağlayardı mənə !
Suyumu daş duruldardı,
Çörəyim nədəndi fərqi yox,buğdadı,arpadı !
Bu ömrün bir də gəlməyəcək ardı,
Oxşayıb,göyçək ağlayardı mənə !
Ayrılığın özü kimiyəm,
Özü,öz ağzında yanan kəlməyəm !
Bilmək olmaz öləm,ya ölməyəm
Bilən olmasın deyə,tək ağlayardı mənə !