Dövlət rəsmiləri Şəhidlər xiyabanında 

Gündəm 09:00 / 20.01.2025 Baxış sayı: 330

 

Dövlət rəsmiləri 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.

Yenises.az   xəbər verir ki, onlar məzarlar üzərinə tər qərənfillər düzüb, şəhidlərimizin unudulmaz və müqəddəs xatirəsini dərin hüznlə yad ediblər.