Xəzər dənizində zəlzələ oldu

MƏMLƏKƏT 10:12 / 20.01.2025 Baxış sayı: 338

Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Yenisses.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 07:22-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.1 olub.

Zəlzələ ocağı 17 kilometr dərinlikdə yerləşib.