Zirvə görüşü   türk  dövlətləri  birliyinin   humanist məramının göstəricisidi - Tahir Rzayev

HÜQUQ 10:18 / 17.03.2023 Baxış sayı: 2067

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün Türkiyədə keçirilməsi və görüşün qardaş ölkədə baş vermiş zəlzələnin nəticələrini aradan qaldırılmasına həsr edilməsi dövlətimizin rəhbərinin, xalqımızın türk xalqına və dövlətinə olan sonsuz məhəbbətinin, etimadının, möhkəm dostluğunun və sarsılmaz birliyinin, qardaşlığının bir daha əyani nümunəsidir.

Yenises.az xəbər  verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

O bildirib ki, Azərbaycan zəlzələ baş verən ilk andan Türkiyənin yanında olduğunu nümayiş etdirdi.

“Azərbaycan xalqı Türkiyənin kədərini öz kədəri hesab edərək əlindən gələni əsirgəmədi. Xilasedicilərimiz, tibb işçilərimiz, könüllülərimiz son ana kimi insanların xilas edilməsində, zəlzələnin törətdiyi çətinliklərin aradan qaldırılmasında əsl vətənpərvərlik, qardaşlıq nümunələri göstərdilər.

Türkiyə xalqına ən çox mənəvi və maddi dəstək verən Azərbaycan oldu və bu gün də bu dəstək davam etdirilməkdədir. Prezidentimizin təşəbbüsü ilə keçirilən zirvə görüşü bunu bir daha təsdiqləyir və bütün dünyaya Türk birliyinin gələcək uğurlarının mesajlarını verir”, - deyə T.Rzayev əlavə edib.

O qeyd edib ki, bu gün Azərbaycanı Türkiyə ilə qardaşlıq telləri ilə bərabər, həm də siyasi, iqtisadi, ticarət, enerji, müdafiə, təhlükəsizlik sahələrində gündən - günə genişlənən əməkdaşlıq əlaqələri birləşdirir.

“Ermənistanla 44 günlük müharibə zamanı Türkiyənin, türk xalqlarının Azərbaycana verdiyi dəstək tarixlər boyu yaddan çıxan deyil. Şuşa bəyannaməsinin imzalanması, müdafiə sahəsində bir sıra tədbirlərin keçirilməsi hər iki dövlətin müstəqilliyinə və təhlükəsizliyinə bir zəmanətdir.

Türk dövlətlərinin birləşməsi, bir məqsəd sülh, müstəqillik, təhlükəsizlik uğrunda mübarizə aparmaları dövrün, zamanın tələbi olmaqla, türkdilli xalqların xoşbəxt həyatı üçün çox önəmlidir. Bu məqsədlə keçirilən hər bir görüş, hər bir səfər uğurludur və alqışlanmalıdır. Bu zirvə görüşü də bu baxımdan, əlbəttə ki, əhəmiyyətlidir”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib.